Ermənistanda koronavirusdan ölüm sayı 3 minə çatır

Ermənistanda koronavirusdan ölüm sayı 3 minə çatır
  18 Yanvar 2021    Oxunub:1108
Ermənistanda son sutka ərzində daha 90 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 164 676 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2998-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 729 nəfərdir. Aktiv xəstələrin sayı 7885 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti