Rusiyada koronavirusdan ölənlərin sayı 66 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 66 mini ötdü
  18 Yanvar 2021    Oxunub:1657
Rusiyada son sutka ərzində koronavirusa 22 857 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb.

Rusiyada son sutkada 471 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 66 037 nəfərdir. İndiyədək 2 978 764 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti