Lavrovdan Qərbin Navalnı ilə bağlı ittihamlarına cavab

 Lavrovdan Qərbin Navalnı ilə bağlı ittihamlarına cavab
  18 Yanvar 2021    Oxunub:1614
Qərb siyasətçilərinin Aleksey Navalnı ilə bağlı bəyanatları diqqəti ölkələrinin daxildə üzləşdikləri dərin böhrandan yayındırmaq məqsədi daşıyır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O bildirib ki, dünən Navalnının Rusiyaya qayıtması ilə bağlı şərhlərin necə sevinclə verildiyi açıq şəkildə hiss olundu:

“Sevinclə, çünki Qərb siyasətçiləri bununla qarşılaşdıqları inkişafın liberal modelindəki problemlərdən diqqəti yayındıracaqlarını düşünürlər".

Qeyd edək ki, bir sıra Avropa ölkələri və təşkilatlar Navalnının Moskvada saxlanılmasını pisləyərək, onun dərhal azad olunmasını tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti