Erməni deputat sərhəddə yaşayanların silahlanmasını təklif etdi

Erməni deputat sərhəddə yaşayanların silahlanmasını təklif etdi
  18 Yanvar 2021    Oxunub:1223
Ermənistan parlamentinin deputatı Sergey Baqratyan Azərbaycanla sərhədyanı bölgələrin sakinlərinin silahlandırılmasını təklif edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Baqratyan parlamentin iclasında deyib.

O, sərhədyanı icmalarda yaşayanların silaha sahib olmasına və istifadə etməsinə icazə verən qanun layihəsi hazırladığını bəyan edib. Həmkarlarını onu dəstəkləməyə çağırıb.

Deputat əlavə edib ki, müəyyən təlim kursunu bitirdikdən sonra vətəndaşların silah istifadə edə bilməsi vacibdir. Sərhədlərlə bağlı qeyri-müəyyənlik var və həmin bölgələrindəki insanlar stres altında, müdafiəsiz olduqlarını düşünürlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyBaqratyan  





Xəbər lenti