“Ermənistan əsirlərin siyahısını vaxtında vermədi” - Lavrov

 “Ermənistan əsirlərin siyahısını vaxtında vermədi” -  Lavrov
  18 Yanvar 2021    Oxunub:3292
Hərbi əsirlərin mübadiləsi ilə bağlı Ermənistan tərəfinin böyük problemi var idi. Çünki Ermənistan vaxtında və tam siyahı təqdim edə bilməyib.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər siyahı tərtib etməli idilər: “Azərbaycan siyahını dərhal verdi, orada say çox deyildi və əsirlər qayıtdılar. Ermənistan tərəfindən isə siyahı tam və dərhal təqdim edilmədi".

Lavrov hərbi əməliyyatlar bitdikdən sonra Ermənistandan Hadruta gedən silahlı dəstə ilə bağlı məsələyə də toxunub. Bildirib ki, bununla əlaqədar erməni həmkarı ilə təmasdadır: "Yekun siyahını dəqiqləşdirməyə çalışırıq, orda 62 nəfərdən çoxdur”.

Lavrov, həmçinin deyib ki, Rusiya əsirlər məsələsinə son qoymağa çalışır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Lavrov  





Xəbər lenti