Ermənistanın səhiyyə naziri istefa verdi

 Ermənistanın səhiyyə naziri istefa verdi
  18 Yanvar 2021    Oxunub:2113
Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa verib.
Azvision.az xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti məlumatı təsdiqləyib.

“İstefa ərizəsi alınıb, amma hələ imzalanmayıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Ermənistan mətbuatının yazdığına görə, Torosyan Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin ediləcək. Səhiyyə naziri vəzifəsinə isə Anait Avanesyan təyin olunacaq. Artıq baş nazir Nikol Paşinyanın bu barədə prezident Armen Sarkisyana təklif verdiyi deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorosyan  





Xəbər lenti