“Rus sülhməramlılarının mandat məsələsi həll olunur” - Nazir

“Rus sülhməramlılarının mandat məsələsi həll olunur” -  Nazir
  18 Yanvar 2021    Oxunub:4044
Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatı məsələsi həll olunur.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Nazir əlavə edib ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli danışıqların predmeti olmalıdır.

“Bu barədə 11 yanvar tarixində Moskvada keçirilən görüşdə danışılıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatları sona çatdıran üçtərəfli bəyanatında heç bir gizli məqam yoxdur. Mən hansısa mövzuların sirr ola biləcəyini də görmürəm", - deyə Lavrov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov   Qarabağ  





Xəbər lenti