Lavrov Ermənistana xəbərdarlıq etdi

 Lavrov Ermənistana xəbərdarlıq etdi
  18 Yanvar 2021    Oxunub:2416
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni rəsmilərinin Qarabağa dair bəzi bəyanatlarının gərginlik yaratdığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəhbəri 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Düşünürəm ki, bundan çəkinmək daha yaxşı olardı. 44 günlük müharibə başlamazdan əvvəl biz Qarabağ məsələsi ilə bağlı “yeni müharibə, yeni ərazilər” kimi gərginlik yaradan ifadələrin şahidi olduq. Söz material gücə çevrilir. Bu sözlər çox mənfi material gücə çevrildi. Buna görə də indi Ermənistan və Azərbaycan rəhbərliyi arasında təmasların qurulmasına, etimad mühitinin yaradılmasına çox diqqət yetirilir və üç ölkənin liderlərinin iştirakı ilə Moskvada keçirilən görüş vacib əhəmiyyət daşıyır", - deyə nazir vurğulayıb.

Lavrov, həmçinin bu cür gərginlik yaradan bəyanatların kənarda qalacağına ümid etdiyini deyib.

Xatırladaq ki, Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan döyüşlərdən əvvəl "yeni müharibə, yeni ərazilər" bəyanatını vermişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti