“Regionda əməkdaşlıq üçün önəmli fürsət yaranıb” - Çavuşoğlu

 “Regionda əməkdaşlıq üçün önəmli fürsət yaranıb” -  Çavuşoğlu
  18 Yanvar 2021    Oxunub:1802
Təəssüf ki, Qarabağ münaqişəsinin siyasi yolla həlli nəticə vermədi və məsələ hərbi yolla həllini tapdı. İndi tərəflər arasında atəşkəs əldə olunub. Önəmli fürsətlər əldən verilməməlidir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Massla birgə mətbuat konfransında deyib.

Çavuşoğlu əlavə edib ki, atəşkəsin davamlı olacağı təqdirdə Ermənistanla münasibətlərin normallaşması istiqamətində Azərbaycanla birgə koordinasiyalı şəkildə addımların atılması mümkündür.

“Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması kimi çox önəmli bir gündəm var və onun həyata keçirlməsinə öz töhfəmizi vermək niyyətindəyik. Bu məsələdə Ermənistanın da cəsarətləndirilməsi lazımdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti