“Lavrov Paşinyanı ittiham etdi, onun günahkar olduğunu dedi”

“Lavrov Paşinyanı ittiham etdi, onun günahkar olduğunu dedi”
  18 Yanvar 2021    Oxunub:6060
“Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov xain Nikolu çox açıq şəkildə ittiham etdi”.
Azvision.az xəbər verir ki, bunu erməni politoloq Qagik Hambaryan deyib. O bildirib ki, Azərbaycan Prezidentinin önündə diz çöküb kapitulyasiyaya gedən Nikol müxalifətə qarşı əsirlərlə bağlı yaranmış problemlərdən istifadə edir. Paşinyan cəmiyyəti inandırır ki, müxalifətin təşkil etdiyi aksiyalar, xaotik durum əsirlərin geri dönməsini əngəlləyir:

“Əlbəttə ki, xain Nikolun bu tezisi sadəcə cəhalətdir, axmaqlığın zirvəsidir. Amma onun pərəstişkarları da xainliyin şəcərəsinə inanır, öz cahilliyini göstərir. Rəsmi Moskva Lavrov vasitəsilə erməni cəmiyyətinə Nikolun Bakıdakı əsirlərə görə bir nömrəli günahkar olduğunu çox açıq şəkildə bildirdi. Lavrov dedi ki, əsirlər məsələsi ilə yalnız Moskva məşğul olur, onları Kreml qaytara bilər”.

Politoloq bunun parlaq nümunəsinin Moskva görüşündə nümayiş olunduğunu deyib. O, üçtərəfli toplantıda Ermənistan baş naziri tərəfindən prioritet elan edilmiş şəxslərin geri qaytarılması məsələsinin havada qalmasını xatırladıb: “Çünki İlham Əliyev tərəfindən alçaldılmış Nikol problemi həll edə bilməzdi”.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hərbi əsirlərin mübadiləsi ilə bağlı Ermənistan tərəfinin böyük problemi var idi. Çünki Ermənistan vaxtında və tam siyahı təqdim edə bilməyib. Onun sözlərinə görə, tərəflər siyahı tərtib etməli idilər: “Azərbaycan siyahını dərhal verdi, orada say çox deyildi və əsirlər qayıtdılar. Ermənistan tərəfindən isə siyahı tam və dərhal təqdim edilmədi".

Lavrov hərbi əməliyyatlar bitdikdən sonra Ermənistandan Hadruta gedən silahlı dəstə ilə bağlı məsələyə də toxunub. Bildirib ki, bununla əlaqədar erməni həmkarı ilə təmasdadır: "Yekun siyahını dəqiqləşdirməyə çalışırıq, orda 62 nəfərdən çoxdur”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Əsir   Lavrov   Erməni-politoloq  





Xəbər lenti