Ermənistanın yeni səhiyyə naziri təyin edildi

Ermənistanın yeni səhiyyə naziri təyin edildi
  18 Yanvar 2021    Oxunub:2337
Ermənistanın səhiyyə naziri vəzifəsinə Anait Avanesyan təyin edilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı prezident Armen Sarkisyan sərəncam imzalayıb.

Avanesyan bundan əvvəl səhiyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün səhiyyə naziri Arsen Torosyan istefa verib. Ermənistan mətbuatının yazdığına görə, Torosyan Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: səhiyyənaziri  





Xəbər lenti