“Münasibətlərə yenidən başlamağın vaxtıdır” - Fransa səfiri

  18 Yanvar 2021    Oxunub : 1785
 “Münasibətlərə yenidən başlamağın vaxtıdır” -  Fransa səfiri
Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Bakıdakı səfiri Zaxari Qross “Facebook” hesabında müraciət edib.

“Fransa Ermənistan və Gürcüstan kimi Azərbaycanın da hər zaman dostu olub və müstəsna olmadan Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyirik. Azərbaycan kimi Fransa dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar ehtiramla birlikdə yaşayırlar. Azərbaycan kimi Fransa biomüxtəlifliyin qorunub-saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir.

Bütün mövzular üzrə 2021-ci ildə Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hal-hazırda Qoşulmama Hərəkatına sədrlik edir.

Ölkələrimizin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var. Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransa yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə yeni Azərbaycanı tanıyan ilk dövlət başçıları sırasında idi”, - deyə səfir qeyd edib.

O, həmçinin bildirib ki, bu yaxınlarda 600 azərbaycanlı tələbəni bakalavrdan (Licence) magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti və eyni zamanda Ağ şəhərin mərkəzində hamı üçün açıq, dinamik, müasir və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirilib.

“Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Arzuladığım fəallaşma təkcə iki ölkə üçün deyil, həmçinin Avropa və Qafqaz üçün, hər kəs üçün vacibdir.

1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən Fransanın Azərbaycandakı səfiri kimi istəklərimdən biri də yeni əməkdaşlıq razılaşması ilə Avropa İttifaqı və Azərbaycanın öz tərəfdaşlıqlarını yeniləyib, möhkəmləndirməsidir.

9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qol və Adenauerin Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında barışığa nail olmalıyıq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ZaxariQross   Fransa   Səfir