İranda koronavirusdan ölüm halları azalıb

  18 Yanvar 2021    Oxunub : 1640
İranda koronavirusdan ölüm halları azalıb
İranda koronavirus infeksiyasından ölüm halları xeyli azalıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, son sutka ərzində ölkədə 5 806 nəfər virusa yoluxub, 83 pasiyent həyatını itirib. Bununla ümumi yoluxma sayı 1 milyon 336 min 217, ölənlərin sayı isə 56 min 886-a çatıb.

Hazırda 4348 xəstənin vəziyyəti ağır olaraq qalır. İndiyədək 1 milyon 125 min 499 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: İran   Koronavirus