Rusiyada qar uçqunu: Federasiya rəhbəri öldü

  19 Yanvar 2021    Oxunub : 1379
Rusiyada qar uçqunu:  Federasiya rəhbəri öldü
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər uçqun altında qalıb.

Qar uçqunu Dombay kurort qəsəbəsindəki Mussa-Açitara dağında qeydə alınıb. Təbii fəlakət nəticəsində dağ xizəyi avadanlığını icarəyə verən məntəqə və kafe qar uçqunu altında qalıb.

Uçqun zamanı həlak olanlardan biri Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulovdur. Onun övladı Şamil Marşankulov atasının ölüm xəbərini təsdiqləyib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 6 nəfərin xilas edildiyi bildirilir.

Azvision.az

Teqlər: Rusiya   Qar   Uçqun