Sudanda silahlı qarşıdurma: 129 nəfər ölüb

Sudanda silahlı qarşıdurma:  129 nəfər ölüb
  19 Yanvar 2021    Oxunub:1235
Sudanın Qərbi Darfur vilayətinin Qeneyna şəhərində baş vermiş silahlı qarşıdurma zamanı 129 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 198 nəfər yaralanıb. Silahlı qarşıdurmaya səbəb şənbə günü şəhər sakininin qətlə yetirilməsi olub.

Qərbi Darfur vilayətinin qubernatoru Məhəmməd əd-Dum şəhərdə təhlükəsizlik baxımından vəziyyətin çətin olduğunu deyib. O, Sudan ordusunun 75 maşınının sabitliyi bərpa etmək üçün vilayətə gəldiyini və hərbçilərlə birlikdə daha 50 maşının gəlməsinin gözlənildiyini qeyd edib.

Xatırladaq ki, Sudanın qərbindəki Darfur bölgəsində 2003-cü ildən bəri hökumətlə üsyançı separatçı qruplar arasında silahlı toqquşmalar baş verir. Münaqişələr əsnasında təxminən 300-500 min insan öldürülüb, 2,5 milyondan çoxu qaçqın düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sudan  





Xəbər lenti