Tramp vida çıxışı hazırladı

  19 Yanvar 2021    Oxunub : 757
Tramp vida çıxışı hazırladı
ABŞ-ın hazırkı prezidenti Donald Tramp bazar ertəsi Vaşinqton administrasiyasının başçısı vəzifəsində vida videomüraciətini hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Telekanalın məlumatına görə, videomüraciət çərşənbə axşamı yayımlana bilər, lakin son müddət hələ müəyyən edilməyib.

Qeyd olunur ki, Tramp çıxışında onun prezidentlik dövründə qazandığı uğurlarını sadalayıb. Müraciətində yeni rəhbərlikdən də bəhs olunur, amma prezident Cozef Baydenin komandası ilə bağlı fikrin konteksti dəqiqləşməyib.

Xatırladaq ki, yeni prezident Cozef Baydenin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DonaldTramp