BMT-nin iki sülhməramlısı qətlə yetirilib

  19 Yanvar 2021    Oxunub : 790
BMT-nin iki sülhməramlısı qətlə yetirilib
Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlıların hücumu nəticəsində BMT missiyasının 2 sülhməramlısı öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin MAR-da sabitləşmə üzrə çoxprofilli kompleks missiyası açıqlama yayıb.

Hadisə Banqasudan (Mbomu prefekturası) 17 km məsafədə baş verib.

Missiyanın rəhbəri Manker Ndiaye hücumu pisləyib, BMT-nin missiyasının hücumu təşkil edənlərin şəxsiyyətlərini müəyyənləşdirmək və onları məsuliyyətə cəlb etmək üçün MAR hakimiyyəti ilə birgə işləyəcəyini bəyan edib.

Xatırladaq ki, öldürülənlərdən biri biri qabonlu, digəri isə mərakeşlidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: sülhməramlı