Türkiyə-Azərbaycan birgə təlimləri erməniləri qorxuya saldı

 Türkiyə-Azərbaycan birgə təlimləri erməniləri qorxuya saldı
  19 Yanvar 2021    Oxunub:1339
Azərbaycanın İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi Türkiyə ilə ənənə halını almış birgə hərbi təlimləri davam etdirməsi Ermənistanda birmənalı qarşılanmayıb.
Azvision.az xəbər verir ki, hələ də ağır məğlubiyyətin acısını yaşayan ermənilər birgə təlimlərdən səksəkə keçirir.

Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan birgə təlimlərdən danışaraq erməniləri sakitləşdirməyə çalışıb.

O, jurnalistlərin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı sualına belə cavab verib: “Türkiyə-Azərbaycan hərbi təlimlərindən qorxmayın”.

Bəzi erməni saytları isə həyəcanlı məqalələr yazaraq xatırladırlar ki, 44 günlük müharibədən iki ay əvvəl deputat Lilit Makunç da oxşar açıqlama vermişdi:

"O da oxşar şəkildə danışırdı. Ermənistanla Azərbaycan arasında hər hansı bir münaqişə olacağı təqdirdə Türkiyənin buna qarışmayacağına əmin olduğunu söyləmişdi. Və hamı nələrin baş verdiyini, kimin kimə hansı formada dəstək olduğunu gördü. Panikanın yayılmasının əleyhinəyik. Amma təcrübə göstərdi ki, bu "türk yanlısı" olan səlahiyyətlilərə inanmamalıyıq. Çünki onların "səmimi" proqnozları bizim üçün fəlakətlidir".



Xatırladaq ki, qardaş Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər. Yanvarın 17-də təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikalar artıq təlim yerinə yola salınıb. Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı uğurla davam edir, hər il Naxçıvan və Qars şəhərlərində birgə hərbi təlimlər keçirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hərbi-təlim   Erməni-deputat  





Xəbər lenti