Qarabağda daha 8 erməni meyiti tapıldı

  19 Yanvar 2021    Oxunub : 1263
 Qarabağda daha 8 erməni meyiti tapıldı
Qarabağ bölgəsində aparılan axtarışlar zamanı daha səkkiz erməni cəsədinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 7-si hərbçidir. Cəsədlər Hadrut və Cəbrayıl ərazisində aşkarlanıb. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilib.

Axtarış işləri bu gün Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində davam edəcək.

Qeyd edək ki, ötən ilin noyabr ayından bəri döyüş əməliyyatları aparılan ərazidə 1246 erməninin cəsədi və qalıqları aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ