“Müharibə istəmirik, bəsdir, bu qədər uşaq öldü” - Ermənilər dilə gəldi

  19 Yanvar 2021    Oxunub : 1648
 “Müharibə istəmirik, bəsdir, bu qədər uşaq öldü” -   Ermənilər dilə gəldi
İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda döyüşlərlə bağlı biabırçı faktların müzakirəsi davam edir.
Azvision.az xəbər verir ki, belə müzakirələrdən biri sosial şəbəkələrin erməni seqmentində yayılan yeni video ilə bağlıdır. Belə ki, erməni jurnalistlərin paylaşdığı görüntülərdə Monte Maqsudyan adlı şəxs bu fikirləri səsləndirib:

“Bir çox könüllü və elə “Artsaxlılar”ın (Qarabağ erməniləri-red.) özləri silahları oğurlayırdılar. Məqsəd onları satmaq idi. Avtomatlar, qumbara və başqa silahlar oğurlanırdı”.



Paylaşımda, həmçinin qeyd edilir ki, onların ata və anaları sosial şəbəkələrdə övladlarının bu “qəhrəmanlıqları”ndan yazmırlar: “Bax, beləcə biri döyüşərkən, digəri özü üçün geri silah daşıyırdı. Bu şəkildə qələbə qazanmaq istəyirdik...”

Bir çox ermənilər şərhlərdə müharibə və qırğınlardan bezdiklərini yazıblar. Onlar müharibə istəmədiklərini dilə gətiriblər.

Karine Amirxanyan deyib: “Çünki hamı öz yerində deyildi. Hər kəs öz işini yaxşı və vicdanla görməlidir. Bizdə xeyli satqın var və bu səbəbdən məğlub olduq. Artıq müharibəyə ehtiyacımız yoxdur. Bu torpaqları qaytarmaq da lazım deyil. Bəsdir bu qədər uşaq öldü”.



Tural Tağıyev
Azvision.az

Teqlər: Silah   Oğurluq   Müharibə