“Yeni regional əməkdaşlıq imkanı yaradılıb” - İran səfiri

“Yeni regional əməkdaşlıq imkanı yaradılıb” -  İran səfiri
  19 Yanvar 2021    Oxunub:1544
İki dost və qonşu ölkənin birgə İqtisadi Komissiyasının ən səmərəli iclaslarından biri keçirildi.
Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb.

Diplomat əlavə edib ki, son layihələrin əksəriyyəti, xüsusən də azad olunan ərazilərin yenidən qurulmasında İran şirkətlərinin iştirakı üçün yeni regional əməkdaşlıq imkanı yaradılıb.

Qeyd edək ki, yanvarın 18-də Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti