Rusiyada koronavirusdan daha 586 nəfər ölüb

  19 Yanvar 2021    Oxunub : 1016
Rusiyada koronavirusdan daha 586 nəfər ölüb
Rusiyada son sutka ərzində koronavirusa 221 734 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 612 800 nəfərə çatıb.

Rusiyada bir gündə 586 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 66 623 nəfərdir. İndiyədək 3 002 026 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus