Çində koronavirusun yeni episentri aşkarlanıb

Çində koronavirusun yeni episentri aşkarlanıb
  19 Yanvar 2021    Oxunub:1387
Çində koronavirus infeksiyasının yeni episentri aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, yoluxma hallarının sayına görə Szilin vilayəti episentrə çevrilib.

Ötən gün ərzində ölkədə virusa 118 yoluxma halı aşkarlanıb ki, bunlardan 43-ü həmin bölgənin payına düşür. Keçən həftə bu bölgədə yalnız bir neçə yoluxma faktı qeydə alınmışdı.

Məlumata görə, Çində pandemiya başlayandan bəri 88 mindən çox insan virusa yoluxub, 4,6 min nəfər ölüb, 82 mindən çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti