İrəvanda Koçaryanın tərəfdarları aksiya keçirir

İrəvanda Koçaryanın tərəfdarları aksiya keçirir
  19 Yanvar 2021    Oxunub:1485
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları İrəvanda məhkəmə binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, bu gün konstitusiya qurluşunu devirməkdə ittiham olunan Koçaryanın məhkəmə iclası olmalıdır.

Onun tərəfdarları dünəndən aksiya keçirəcəklərini elan ediblər.

Aksiya iştirakçıları əllərində "1 mart işi kimin sifarişi ilə yerinə yetirilir?”, "Prokuror, niyə Azərbaycanın əmrini yerinə yetirirsən?" və bu kimi digər təxribatçı şüarlar yazılan plakatlar tutublar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya  





Xəbər lenti