Vyetnam mətbuatı İlham Əliyevin Şuşa səfərindən yazır

Vyetnam mətbuatı İlham Əliyevin Şuşa səfərindən yazır
  19 Yanvar 2021    Oxunub:1776
Vyetnamın dövlətə məxsus nüfuzlu "Voice of Vietnam" teleradio şirkətinin saytında Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfəri barədə məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin Füzuli beynəlxalq hava limanının və Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirakı barədə məlumat verilib.

Qeyd olunub ki, həmin infrastruktur layihələrinin həyata keçirilməsi Qarabağa, o cümlədən Şuşaya xarici turistlərin cəlb olunmasına şərait yaradacaq. Həmçinin məqalədə Füzuli hava limanının qısa zamanda beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcəyi vurğulanıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Vyetnam  





Xəbər lenti