“Putin bu il də buzlu suya girib” - Peskov

 “Putin bu il də buzlu suya girib” -  Peskov
  19 Yanvar 2021    Oxunub:1454
Rusiya Prezidenti Vladimir Putin bu il də ənənəvi dini mərasimlə əlaqədar buzlu suya girib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Çoxları məndən Putinin Epifani mərasimində iştirak edib-etmədiyini soruşur. Ənənəvi olaraq o, bunu edir. Bu, onun ənənəsidir. Ənənələri dəyişdirmir”, - Peskov deyib.

Qeyd edək ki, provaslavlar İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimi münasibətilə hər il Epifani mərasimi keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti