AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanda terrorçular sərnişin qatarını partladıblar. Partlayış nəticəsində 3-ü uşaq olmaqla, 8 nəfər həlak olub.
Hadisə Sind əyalətinin Kaşmor dairəsində baş verib. Partlayışın təsirindən bir neçə vaqon relsdən çıxıb. Terror aktı nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir. Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.