Ermənistanı silahlandıran iş adamına cinayət işi açıldı

 Ermənistanı silahlandıran iş adamına cinayət işi açıldı
  19 Yanvar 2021    Oxunub:2494
Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyana qarşı cinayət işi açıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Qalstyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə firmanın sahibdir.
O, həmçinin Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. Eləcə də İrəvanda “Kalaşnikov” avtomatlarını yığan şirkətə rəhbərlik edir.

Qalstyan Müdafiə nazirliyinin bir qrup vəzifəli şəxsi ilə birlikdə xüsusilə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu vəsait müdafiə satınalmaları üçün nəzərdə tutulmuşdu.

Ümumilikdə, Ermənistanda Müdafiə nazirliyi və Baş qərargahın vəzifəli şəxslərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmətə laqeyd yanaşma və külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı dörd cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Silah  





Xəbər lenti