“Bu, hərbi sirr deyil, itkilərimiz açıqlanmalıdır” - Erməni alim

“Bu, hərbi sirr deyil, itkilərimiz açıqlanmalıdır” -  Erməni alim
  19 Yanvar 2021    Oxunub:2194
Ermənistanın tarix elmləri doktoru Hayk Demoyan hökuməti müharibə ilə bağlı statistikanı açıqlamağa çağırıb.
Azvision.az xəbər verir ki, erməni alim bu məsələdə heç bir dövlət sirrinin olmadığını söyləyib:

“İkinci Qarabağ müharibəsi bitdikdən iki ay yarım sonra, 28 yanvar tarixində müharibə nəticəsində itkin düşən və əsir götürülmüş hərbçilərimizin, eyni zamanda yaralıların real sayı barədə hamımıza məlumat verilməlidir. Onlar adbaad açıqlanmalıdır. O əsgərlərin hamısı bizimdir və buna görə də tələb edəcəyik. Bu, hərbi sirr deyil, öz vətəndaşlarımızın taleyinə hörmət və fədakarlıq əlamətidir. Ağrını aradan qaldırmaq, gələcəyin qiymətini anlamaq üçün həqiqətlə üzləşməliyik․․․”

Tural Tağıyev
Azvision.az


Teqlər: Statistika   Müharibə  





Xəbər lenti