Marketlərdə polietilen torbalar pulla satılacaq

Marketlərdə polietilen torbalar pulla satılacaq
  19 Yanvar 2021    Oxunub:2942
“Yalnız nazik deyil, daha qalın polietilen torbaların da ödənişli olması üçün qanunvericilikdə dəyişiklik edilə bilər”.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, polietilen torbaların alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır:

“Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub. Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin pullu olması öz həllini tapacaq. Polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”.

Azvision.az



Teqlər: Torba  





Xəbər lenti