Çavuşoğlu Brüsselə səfər edəcək

Çavuşoğlu Brüsselə səfər edəcək
  19 Yanvar 2021    Oxunub:2347
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək.
Azvision.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər 20-22 yanvar tarixlərində baş tutacaq.

Səfər çərçivəsində XİN rəhbəri Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri, həmçinin Avropa Parlamentinin bir sıra üzvləri ilə danışıqlar aparacaq.

Çavuşoğlunun Belçika Baş nazirinin müavini, Xarici İşlər, Avropa işləri, xarici ticarət və federal mədəniyyət təşkilatları naziri və NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli və çoxtərəfli əlaqələrin müzakirəsi diqqətdə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Brüssel   Çavuşoğlu  





Xəbər lenti