Türkiyə ordusunda növbəti FETÖ əməliyyatı

  19 Yanvar 2021    Oxunub : 1667
Türkiyə ordusunda növbəti FETÖ əməliyyatı
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçulara qarşı genişmiqyaslı əməliyyatlar davam edir.
Azvision.az xəbər verir ki, İzmir daxil olmaqla ölkənin 60 vilayətində keçirilən əməliyyatlar 238 şübhəlinin saxlanılması məqsədilə həyata keçirilir. Onlardan 218-i hazırda fəaliyyətdə olan və əksəriyyəti yüksək rütbəli hərbçilərdir.

Təqsirləndirilən şəxslərin FETÖ-nün məsul şəxsləri ilə telefon əlaqəsi yaratdıqları müəyyən olunub. Əməliyyatlar davam etdirilir.

Azvision.az

Teqlər: Türkiyə   FETÖ