Britaniyada virusdan ölüm sayı yenə artdı

Britaniyada virusdan ölüm sayı yenə artdı
  20 Yanvar 2021    Oxunub:1891
Böyük Britaniyada son sutka ərzində 33 355 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 466 849 nəfərə çatıb.

Ötən 24 saatda daha 1610 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 91 470-ə yüksəlib.

Məlumata görə, Britaniyada bu günədək 4 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti