Trampa qarşı sanksiya tətbiq edildi - Siyahıda digər məmurlar da var

  Trampa qarşı sanksiya tətbiq edildi -  Siyahıda digər məmurlar da var
  20 Yanvar 2021    Oxunub:2658
İran hakimiyyəti ABŞ administrasiyasının bir neçə yüksək vəzifəli nümayəndəsinin adını sanksiyalar siyahısına salıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə bildirib.

Onun sözlərinə görə, İran ABŞ-ın hazırkı prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo, sabiq müdafiə naziri Mark Esper, hazırda müdafiə nazirinin vəzifəsini icra edən Kristofer Miller, maliyyə naziri Stiven Mnuçin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, prezidentin Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton, ABŞ prezidentinin İran üzrə sabiq xüsusi elçisi Brayn Huk və hazırkı xüsusi elçi Elliot Abrams, ABŞ Xəzinəsinin Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea Hakiyə qarşı sanksiyalar tətbiq edib.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti