Pompeodan Çinə “soyqırım” ittihamı

   Pompeodan Çinə “soyqırım” ittihamı
  20 Yanvar 2021    Oxunub:2050
ABŞ hakimiyyəti Çinin Sincan Uyğur muxtar bölgəsindəki siyasətini "soyqırım" və "insanlıq əleyhinə cinayət" hesab edir.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın hazırkı dövlət katibi Maykl Pompeo deyib. Onun sözlərinə görə, Çin hakimiyyəti 2017-ci ilin martından etibarən Sincanda insanlığa qarşı cinayətlər törədib.

“Faktları diqqətlə araşdırdıqdan sonra Çin Xalq Respublikasının orada soyqırım həyata keçirdiyi qənaətindəyəm", - deyə Pompeo vurğulayıb.

Qeyd edək ki, Çin hakimiyyəti Vaşinqtonun Sincan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının pozulması barədə iddialarını rədd edib.

Azvision.az


Teqlər: Çin   ABŞ  





Xəbər lenti