Koronavirusa yoluxanların sayı 97 milyona çatır

Koronavirusa yoluxanların sayı 97 milyona çatır
  20 Yanvar 2021    Oxunub:1366
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 96 milyon 625 min 755 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 65 min 698 nəfərdir. İndiyədək 69 milyon 274 min 79 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti