Fransa səfirindən 20 Yanvarla bağlı paylaşım

Fransa səfirindən 20 Yanvarla bağlı paylaşım
  20 Yanvar 2021    Oxunub:1398
Fransanın Azərbaycandakı səfirliyi "Twitter" hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir:

“1990-cı ilin bu günü sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan müstəqilliyini elan etdi”.

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: 20Yanvar  





Xəbər lenti