Qorbaçovdan ABŞ-a məsləhət: İğtişaşlardan nəticə çıxarın!
Onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".
Qorbaçov Amerika cəmiyyətində bu mövzunun ciddi müzakirə olunacağına inandığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin seçkidə qələbə qazanmasına etiraz olaraq Konqres binasına hücum ediblər. İğtişaşlar zamanı bir polis məmuru daxil olmaqla beş nəfər həlak olub.
Pərvanə Sultanova
Azvision.az