“İlk ziyarətim Şəhidlər Xiyabanına oldu” - Britaniya səfiri

 “İlk ziyarətim Şəhidlər Xiyabanına oldu” -  Britaniya səfiri
  20 Yanvar 2021    Oxunub:1456
"2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu".
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında bildirib.

Səfir foto paylaşaraq qeyd edib: “Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”.

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: 20Yanvar   Səfir  





Xəbər lenti