Qazaxıstan səfirliyi də 20 Yanvar paylaşımı etdi

Qazaxıstan səfirliyi də 20 Yanvar paylaşımı etdi
  20 Yanvar 2021    Oxunub:1311
Qazaxıstanın Bakıdakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

"20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir".

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti