Ermənistanda koronavirusa yoluxma sayı 165 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 165 mini ötdü
  20 Yanvar 2021    Oxunub:1602
Ermənistanda son sutka ərzində daha 309 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 165 221 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 9 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3016-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 741 nəfərdir. Aktiv xəstələrin sayı 7607 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti