Tramp son iş günündə 73 nəfəri əfv etdi

Tramp son iş günündə 73 nəfəri əfv etdi
  20 Yanvar 2021    Oxunub:1937
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 73 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” Ağ Evə istinadla məlumat yayıb.

Daha 70 nəfərin cəzası yüngülləşdirilib. Əfv olunanlar arasında Trampın keçmiş müşaviri Stiven Bennon, fırıldaqçılıq və mənimsəmədə günahlandırılan, Trampı fəal şəkildə dəstəkləyən amerikalı sahibkar Elliot Broydini də var.

Siyahısda, həmçinin ABŞ-ın Respublika partiyasının siyasi məsləhətçisi Pol Erikson, reperlər Lil Uayn və Kodak Blek, “Uber Technologies” şirkətinin keçmiş mühəndisi Entoni Lenavdovski, Nümayəndələr Palatasının sabiq üzvü Piçard Rensi və digərlərinin adları yer alıb.

Xatırladaq ki, Trampın prezidentlik müddəti bu gün başa çatır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti