Şimali Koreya: güllər və göz yaşları - VİDEO

Şimali Koreya: güllər və göz yaşları - VİDEO
  17 Fevral 2014    Oxunub:1437
Şimali Koreyada Kim Çen İrin 72 illik yubileyi qeyd edilir. AzVision.az “euronews”a istinadən xəbər verir ki, bununla əlaqədar, atasının xatirəsini yad etmək məqsədi ilə KXDR-in başçısı Kim Çen In hərbiçilərin müşaiyəti ilə Kımsusan sarayına gəlib.
O 2011-ci ilin 17 dekabrında ürək çatışmamazlığından ölən “Böyük öndərin” nəşi saxlanılan sarkofaq olan otağa baş çəkib. Ölkədə bu günə “parlayan ulduz günü” adı verilib. Bütün ölkə güllər və bayraqlarla bəzədilib. Pxenyanlılar hamısı keçmiş liderlərinin heykəlləri və portretləri önünə ül dəstləri qoyur.

“Ulduzun parlayan günü mən ailəmlə birgə bura gələrək dahi öndərin heykəli qarşısına gül dəstləri qoymğa gəlmişəm”- deyə Pxenyan sakini bildirir.

Qeyd edək ki, Kim ailəsi Şimali Koreyanı 60 ildir idarə edir. Kim Cen İr 2011-ci ilin dekabrında infark səbəbi ilə dünyasını dəyişib.

Hazırda ölkəni onun oğlu Kim Cing Un idarə edir.




Teqlər:  





Xəbər lenti