“Azərbaycan xalqı ilə birlikdə faciə qurbanlarını yad edirik” - Aİ nümayəndəliyi

  “Azərbaycan xalqı ilə birlikdə faciə qurbanlarını yad edirik” -  Aİ nümayəndəliyi
  20 Yanvar 2021    Oxunub:1230
Bu kədərli gündə Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqı ilə birlikdə “Qara Yanvar” faciəsi qurbanlarını yad edir.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin "Facebook" paylaşımında qeyd olunub.

Paylaşımda deyilir: “Faciəli hadisələr daha yaxşı gələcək üçün sülh, barışıq və humanizmin vacibliyini bir daha vurğulayır. Yanvar hadisələri qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaraYanvar  





Xəbər lenti