Rusiyada virusdan ölənlərin sayı 67 mini keçdi

Rusiyada virusdan ölənlərin sayı 67 mini keçdi
  20 Yanvar 2021    Oxunub:2164
Rusiyada son sutka ərzində koronavirusa 21 152 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 633 952 nəfərə çatıb.

Rusiyada bir gündə 597 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 67 220 nəfərdir. İndiyədək 3 027 316 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti