Qar İrəvanda həyatı iflic etdi

 Qar İrəvanda həyatı iflic etdi
  20 Yanvar 2021    Oxunub:2181
Ermənistana yağan qar paytaxt İrəvanda həyatı iflic edib.
Azvision.az xəbər verir ki, bununla bağlı erməni KİV-ləri məlumat yayıblar.

Bildirilib ki, qardan keçilməz olan küçələr aidiyyəti qurumlar tərəfindən təmizlənmir. Nəticədə bir neçə yol qəzası baş verib.

“Qar və təmizlənməmiş küçələr şəhərdə nəqiliyyatı iflic vəziyyətinə salıb. Hətta bu səbəbdən bu gün səhər parlamentdə başlayan iclasda bir çox millət vəkili iştirak edə bilmədi. Ona görə də "Mənim addımım" fraksiyasının lideri Lilit Makunç 20 dəqiqəlik fasilə istədi. Eyni vəziyyət digər dövlət qurumlarında və təhsil müəssisələrində də mövcuddur. Maraqlıdır ki, İrəvan meri Ayk Marutyan belə bir vaxtda növbəti məzuniyyətini götürüb. Bu il o, ümumiyyətlə bir iş görmədi. Yeni il tətilindən dərhal sonra yenidən tətilə getdi...”, - deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti