Mustafa Şəntop peyvənd olundu

Mustafa Şəntop peyvənd olundu
  20 Yanvar 2021    Oxunub:1604
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop koronavirus əleyhinə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Şentop “Twitter”də paylaşım edib.

“İndiyə qədər bir milyona yaxın vətəndaşımız peyvəndin ilk dozasını qəbul edib. Bu gün mən də peyvənd olundum. Səhiyyə Nazirliyimiz tərəfindən təyin olunan təqvim çərçivəsində özümüzü, yaxınlarımızı, dostlarımızı daha yaxşı qorumaq üçün bütün vətəndaşlarımızı peyvənd olunmağa dəvət edirəm", - deyə TBMM sədri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞentop  





Xəbər lenti