Müxalifət lideri Arutyunyana rədd cavabı verdi

Müxalifət lideri Arutyunyana rədd cavabı verdi
  20 Yanvar 2021    Oxunub:1945
Ermənistandakı daxili siyasi gərginlik Qarabağda yaşayan erməni “siyasətçilərə” də sirayət edib.
Azvision.az xəbər verir ki, Ermənistanın müxalif liderlərindən sayılan İşxan Sağatelyan qondarma rejimin "xarici işlər naziri" David Babayan, "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan və digər şəxslərlə görüşüb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, separatçıların rəhbəri Arayik Arutyunyan da İşxan Sağatelyanla görüşmək istədiyini bildirsə də, rədd cavabı alıb. Müxalifət lideri baş nazir Nikol Paşinyanın siyasi tərəfdarına deyəcək sözünün olmadığını bildirib və görüşdən imtina edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Arutyunyan   Müxalifət-lideri   Ermənistan  





Xəbər lenti