Gürcüstan səfiri 20 Yanvar şəhidlərini anıb

Gürcüstan səfiri 20 Yanvar şəhidlərini anıb
  20 Yanvar 2021    Oxunub:1796
Bu gün - yanvarın 20-də Azərbaycan xalqı yaxın tarixinin ən faciəli günlərindən birini qeyd edir.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Bakıdakı səfirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, 9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi, 20 yanvar 1990-cı ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş açaraq, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünü tələb edən mülki əhalini qəddarcasına cəzalandırıb. Qanlı əməliyyatda 131 nəfər həlak olub, 744 mülki şəxs xəsarət alıb.

20 Yanvar 1990-cı il tarixinin 31-ci ildönümü ilə əlaqədar Gürcüstan səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə, ölkənin azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti