“Təcrübəsiz əsgərləri XTQ ilə döyüşə göndərdilər, bu da sonu...” - Erməni fəal
O bildirib: “Qorq Karapetyan ötən il avqustun 13-də orduya çağırılmışdı. Müharibə başlayanda cəmi 40 günün əsgəri idi. Bu 40 günün 20-si koronavirusa görə izolyasiyada keçib. Ona görə də əsgər cəmi 22 gün hərbi hazırlıq görmüşdü. Oktyabrın 25-də xüsusi tapşırığın həyata keçirilməsi zamanı 15 nəfərlik qrupdan 11 hərbçi yerindəcə öldürüldü. Bu qrupdan 2 nəfər isə xəstəxanada öldü. Qorq 11 hərbçinin arasında olub. 22 gün hərbi hazırlıq görmüş əsgər xüsusi hərbi tapşırığı yerinə yetirməyə göndərilir”.
Gevorqyan deyir ki, təcrübəsiz əsgərlərin ölməməsi üçün komandirlərin onları bunkerlərdə gizlətməsi barədə müxtəlif xəbərlər eşidib. Amma Georgi Karapetyan və Liona Lonyanın Qorq haqqında danışdıqları bunun əksini göstərir:
“Bu sübut edir ki, uşaqları, 20-30 günlük hərbi hazırlıq görmüş əsgərləri azərbaycanlı xüsusi təyinatlıları ilə döyüşməyə göndərən komandirlər olub. Qorqun valideynləri onu bir dəfə də olsun hərbi geyimdə görə bilmədilər. Dəfn mərasimində tabut bağlı idi. Qorqun cəmi 21 yaşı olmuşdu”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Hərbi-hazırlıq Təcrübəsiz-əsgər Ermənistan Xüsusi-təyinatlı